BAKI, 10 oktyabr. TELEQRAF

Azərbaycanda problemlərin həlli nazirliyinin yaradılması təklif edilir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib.

Onun fikrincə bununla insanların inzibati problemlərnin həllinə nail olmaq olar:

"Bürokratik əngəllər insanları çətin duruma salır. ASAN xidmət və AYNA dörd hərfdən ibarətdir. Amma onların məsələyə yanaşması tamam fərqlidir. Bir mülkiyyət sənədi üçün vətəndaş az qala dörd-beş quruma getməli olur. Bunları aradan qaldırmaq lazımdır. Eyni zamanda vətəndaşların öz hüquqlarını qorumaq üçün yardım göstərilməlidir. Amma əsas məsələ vicdan və vətəndaşa xidmət etmək amilidir. Kimki bunu hiss etmirsə, qanunvericilik məsələsində çətinlik və narazılıqlar olacaq”.