QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF

"Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə görüşündə dövlətlərimiz arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb".

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barəəd Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Zirvə görüşü bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Qəbul edilən qərarların türk dövlətləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminik”, – nazir vurğulayıb.