BAKI, 7 oktyabr. TELEQRAF

Milli Məclisə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsi daxil olub.

Teleqraf xəbər verir ki, parlamentin oktyabrın 10-da keçiriləcək iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılacaq.