QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF
"Türk dünyası sülhün tərəfdarıdır".
Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
“Türk dünyası hər zaman sülhün tərəfdarı olub. Avropada bu gün baş verən hadisələr bunu bir daha təsdiqləyir: Rusiya-Ukrayna müharibəsi Avropada gərginlik yaradıb. Bunun əsas səbəbi Avropanın atəşkəsə nail olmaq üçün hərbi müdaxilə etmək istəməsidir”,- o qeyd edib.