QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF

"Türkmənistan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif təkliflər irəli sürüb".

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

“Təkliflər iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələri əhatə edir. Türkmənistan hər zaman TDT üzv ölkələri ilə əməkdaşlığa açıq və təşkilatın fəaliyyətinə dəstək verməyə hazırdır”,- o qeyd edib.