QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF

Gələn il Əlişir Nəvainin anadan olmasının 585-ci, Nizami Gəncəvinin isə 885-ci ildönümü qeyd olunacaq.

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı həmçinin dahi şairlərin xatirəsinə konfransların təşkil edilməsini təklif edib.