BAKI, 7 oktyabr. TELEQRAF

Türk dünyasının birlik və həmrəylik ruhunu möhkəmləndirən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsi münasibətilə bir araya gəlməkdən böyük məmnunluq duyuram.

Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar "X" platformasında yazıb.

"Şimali Kipr Türk Cümhuriyyəti öz kökləri, inancı və mübarizəsi ilə Türk dünyasının ayrılmaz bir hissəsidir. Ortaq ağıl, ortaq siyasət və paylaşdığımız dəyərlər Türk dünyasının birliyini gücləndirəcək və onu zirvəyə daşıyacaq", - deyə Prezident əlavə edib.