.jpg)
BAKI, 27 fevral. TELEQRAF
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üçüncü iclasının vaxtı müəyyənləşib.
Bu barədə Teleqraf-a Komissiyanın üzvü Fazil Mustafa məlumat verib.
O bildirib ki, növbəti toplantı martın 5-də keçiriləcək.
Xatırladaq ki, indiyə qədər komissiyasının iki iclası olub və 200-dən artıq müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları mühüm tarixi günlər münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.