
BAKI, 27 fevral. TELEQRAF
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclası keçirilib.
Bu barədə Teleqraf-a Komissiyanın üzvü, Milli Məclisin deputatı Fazil Mustafa məlumat verib.
O bildirib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb. Onun sözlərinə görə, komissiyaya daxil olan müraciətlərin hər biri araşdırılacaq.
Qeyd edək ki, Komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.