
BAKI, 27 fevral. TELEQRAF
Bakının Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.
Teleqraf xəbər verir ki, görüləcək işlərin dəyəri 31 milyon 999 min 952 manat qiymətləndirilib.
İşlər üzrə sifarişçi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurum eləcə də Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
İşlərin dəyəri 24 milyon 999 min 810 manat müəyyən edilib.
Beləliklə, Bakı şəhərinin 12 rayonunda təmir işlərinə 57 milyon manat vəsaitin sərf olunması nəzərdə tutulub
Qeyd edək ki, işlərlə bağlı ilk tender elanında satınalmanın dəyəri 48 milyon 500 min manat idi.
Tender üzrə təkcə qiymətlər dəyişdirilməyib, eləcə də təkliflərin son təqdim olunma tarixi aprelin 24-nə qədər uzadılıb.