
TBİLİSİ, 27 fevral. TELEQRAF
Bu il Azərbaycanda daha bir şirkətin səhmlərinin İPO-su (İlkin Kütləvi Təklif) həyata keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının baş məsləhətçisi Fərhad Mansurov bildirib.
Ancaq səhmlərini kütləvi təklif edəcək şirkətin adı açıqlanmayıb.
Ötən il ilk dəfə Azərbaycan Beynəlxalq Bankı səhmlərini birjada İPO edib.