
BAKI, 27 fevral. TELEQRAF
Azərbaycanın strateji valyuta ehtiyatları 2024- cü il ərzində 3,7% artaraq ÜDM-in 95,5%-nə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti İcmalında qeyd edilib.
İcmalda qeyd edilir ki, 2024-cü ildə də ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib: “Belə ki, 2024-cü ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib (2024-cü ilin ilk 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə)”.
Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,3 dəfə üstələyib (01.01.2025 tarixinə olan M2 pul aqreqatı götürülməklə).