BAKI, 8 oktyabr. TELEQRAF

Boks üzrə əfsanəvi dünya çempionu Arturo Qattinin oğlu kiçik Arturo Qatti evində ölmüş vəziyyətdə aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Ring Magazine" məlumat yayıb.

Onun cəsədi oktyabrın 6-da Meksikadakı evində tapılıb. Qatti həvəskar boksçu idi və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına qatılacağına ümid edirdi.

Onun atası, iki dəfə dünya çempionu olmuş Arturo Qatti 2009-cu ilin yayında vəfat edib. Onun cəsədi Braziliya otellərindən birində tapılmışdı. Əfsanəvi boksçunun intihar etdiyi bildirilir.