Bu gün Avropa Liqasında Liqa mərhələsinin II turunun oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, eyni gündə baş tutacaq turda 18 matç təşkil olunub.

Azərbaycan çempionu “Qarabağ” evdə “Malmö”nü sınağa çəkib. Komandamız 1:2 hesabı ilə məğlub olub.

Türkiyə təmsilçilərindən “Qalatasaray” Latviyada RFS-lə, “Fənərbaxça” isə Niderlandda “Tvente” ilə qarşılaşmada xal itirib. “Beşiktaş” isə öz meydanında “Ayntraxt”a uduzub.

Qeyd edək ki, III turun görüşləri oktyabrın 23-24-də keçiriləcək.