BAKI, 18 iyun. TELEQRAF

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, tədbir zamanı narkoşəbəkənin daha 2 üzvü - 39 yaşlı Vitaly Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıblar. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən götürdüklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.