
BAKI, 27 fevral. TELEQRAF
“Real Madrid”in oyunçusu Dani Sebalos ciddi zədə alıb.
Teleqraf xəbər verir ki, ispan yarımmüdafiəçi İspaniya Kubokunun “Real Sosyedad”la matçında yapon Takefusa Kubo ilə toqquşub və 89-cu dəqiqədə əvəzlənib.
“El Chiringuito TV”nin məlumatına görə, Sebalos bir ay yaşıl meydanlardan kənarda qala bilər. Futbolçunun bud sümüyündən zədə aldığı bildirilir.
Yada salaq ki, yarımfinal mərhələsinin ilk oyununda “Real Madrid” səfərdə “Real Sosyedad”ı məğlub edib (1:0).