BAKI, 27 fevral. TELEQRAF

İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Real Madrid” səfərdə “Real Sosyedad”ı məğlub edib – 1:0.

Teleqaf xəbər verir ki, yeganə qolu 19-cu dəqiqədə braziliyalı hücumçu Felipe Endrik vurub.

Yada salaq ki, yarımfinal mərhələsinin “Barselona” – “Atletiko” matçında qapılara 8 top vurulub (4:4).

Təkrar yarımfinal oyunları aprelin 1-2-də keçiriləcək.