“Qırıclar raket əleyhinə manevrlər etməyə məcbur olub”

Rusiyanın Hava-Kosmik Qüvvələrinin baş komandanı general- polkovnik Viktor Bondarev Rusiya təyyarələrinin Türkiyə hava məkanına icazəsiz daxil olması məsələsinə aydınlıq gətirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Bondarev bunu hava şəraiti ilə izah edib.

Onun sözlərinə görə, havanın dumanlı olması səbəbindən qırıcılar yanlışlıqla Türkiyə sərhədlərini pozub: "Bizim bazamız Suriya-Türkiyə sərhədinin 30 kilometrliyində yerləşir. Döyüş tapşırığını yerinə yetirərək, qayıdan qırıcıların radarlarında onları nişan alan xüsusi qurğular müşahidə edilib. Buna görə də qırıclar raket əleyhinə manevrlər etməyə məcbur olub".

Bondarev qeyd edib ki, Rusiya tərəfi bu məsələni səmimi etiraf edib.

Xatırladaq ki, hadisə oktybarın 5-də baş verib. Rusiyaya məxsus Su-30 tipli qırıcı Türkiyə hava məkanına icazəsiz daxil olub. Məsələ ilə əlaqədar Türkiyə rəsmi Moskvaya narazılığını ifadə edib.

Samir