BAKI, 9 iyun. TELEQRAF
"İsrail Fransanın İsrail maliyyə naziri Bezalel Smotriçə tətbiq etdiyi qadağanı, eləcə də bir sıra Qərb ölkələri tərəfindən İsrail vətəndaşlarına və təşkilatlarına qarşı məhdudlaşdırıcı tədbirləri qətiyyətlə rədd edir".
Teleqraf xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilir.
"İsrail xarici hökumətlərin İsrail vətəndaşlarına, təşkilatlarına və nazirə qarşı qadağalarını qətiyyətlə rədd edir. Bu addımların əsl mahiyyəti İsrail-Fələstin münaqişəsi ilə bağlı siyasi mövqe tutmaq cəhdidir".
***
18:26
Fransa beynəlxalq müttəfiqləri ilə birlikdə hərəkət edərək, işğal olunmuş Qərb Şəriyəsindəki zorakılıqlara görə sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jan-Noel Barro bildirib:
"Bu gün Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç tərəfdaşlarımızla birlikdə işğal olunmuş Qərb Şəriyəsində müstəmləkəçiliyin və zorakılığın güclənməsinə görə məsul olanlara qarşı yeni sanksiyalar tətbiq edirik"deyə,o "X" platformasında qeyd edib.
Barrot bildirib ki, Fransa İsrailin maliyyə naziri Bezalel Smotriçə, dörd məskunlaşma təşkilatının liderinə və zorakılıq aktlarında iştirak edən 21 nəfərin ölkəyə girişinə qadağa qoyub.