BAKI, 9 iyun. TELEQRAF
Rusiya ABŞ-nin nüvə silahlarının Avropadan çıxarılmasına israr edir.
Teleqraf xəbər verir ki, bu barədə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) İcmal Konfransında Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov bildirib.
"Rusiya ərazisində vacib mülki və hərbi infrastruktur obyektlərinə zərbə vurma potensialını nəzərə alaraq, Avropada yerləşdirilən ABŞ-nin nüvə silahlarının çıxarılmasını tələb edirik. Silahlar ABŞ-a qaytarılmalı və Avropada bunun üçün quraşdırılan bütün infrastruktur sökülməlidir".