BAKI, 9 dekabr. TELEQRAF

ABŞ Latın Amerikasında narkotik ticarəti hədəflərinə qarşı hərbi əməliyyatları genişləndirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Politico” nəşrinə müsahibəsində deyib.

Tramp narkotik maddələrin ixracında və cinayətkarların ABŞ-yə sızmasına kömək etməkdə ittiham olunan Venesuela lideri Nikolas Maduronu devirmək səyləri çərçivəsində Amerika qoşunlarının göndərilməsi ehtimalını istisna etməyib.

"Mən burada "bəli" və ya "yox" qərarları vermək istəmirəm. Mən sizinə döyüş strategiyasından danışmayacam" deyə, Tramp bildirib.

Eyni zamanda o, digər ölkələrdə, o cümlədən narkotik ticarətinin aktiv olduğu Meksika və Kolumbiyada da hədəflərə qarşı güc tətbiqi imkanlarını nəzərdən keçirəcəyini açıqlayıb.