BAKI, 16 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinə "Tomahawk" raketlərinin Ukraynaya verilməsi ideyası xoş gəlməyib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Mən ona həqiqətən dedim: Sizə qarşı olan tərəfə bir neçə min Tomahawk hədiyyə etsəm, problem olmaz? Ona bu fikir xoş gəlmədi”, – Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib və öz son telefon danışığını Putinlə şərh edib.