BAKI, 16 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-yə gəlib.

Teleqraf xəbər verir ki, prezidentlər oktyabrın 17-də görüşəcək.

"Bloomberg"in xəbərinə görə, Zelenski ABŞ Prezidentinə Ukraynanın ehtiyacı olduğu silahların siyahısını təqdim edəcək.

Bu görüşdən əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.