BAKI, 16 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatının Qəzza zolağına hücumunu davam etdirəcəyi təqdirdə məhv edəcəyi ilə hədələyib.

Teleqraf xəbər verir ki, Amerika lideri bunu özünün "Truth Social" səhifəsində yazıb.

“Əgər HƏMAS Qəzza xalqına hücum etməyə davam edərsə, bizim içəri girib onları məhv etməkdən başqa çarəmiz qalmayacaq”, - Tramp bildirib.

Oktyabrın 13-də Tramp Qəzzada müharibənin bitdiyini elan etdi. O, İsrail Knessetindəki çıxışında Yaxın Şərqdə terror dövrünün başa çatdığını edib.