BAKI, 16 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski görüşə bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
Onun sözlərinə görə, Ağ Evin rəhbəri Donald Tramp belə bir görüşün olmasını istəyir.
Oktyabrın 16-da Tramp və Putin telefonla danışıb. Rusiya lideri Qəzzada atəşkəs əldə olunması münasibətilə ABŞ Prezidentini təbrik edib və Melaniya Trampa rus və ukraynalı uşaqların öz vətənlərinə qaytarılması səylərində iştirakına görə təşəkkür edib.