BAKI, 16 oktyabr.TELEQRAF
ABŞ senatoru Lindsi Qrem Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbul edilməsinin vacibliyindən danışıb.
Teleqraf "ABC News"a istinadən xəbər verir ki, deputatın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp onunla birlikdə qolf oynayarkən Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasının zəruriliyinə toxunub.
"Dünən mən prezidentlə qolf oynayanda o, mənə dedi ki, bu qanun layihəsi ilə irəliləməyin vaxtıdır", - deputat bildirib.
Aprelin əvvəlində ikipartiyalı senatorlar qrupu qanun layihəsini təqdim edib. Sənədin əsas sponsorları senatorlar Qrem və Konnektikut ştatını təmsil edən demokrat Riçard Blumental olub. Onlar Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrin ABŞ-yə ixrac etdiyi məhsullarına 500% rüsumların tətbiq edilməsini təklif ediblər.