BAKI, 16 oktyabr. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, tərəflər Qəzzada atəşkəsin qorunması, bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması və Şarm əş-Şeyxdə imzalanmış Niyyət Bəyannaməsindən irəli gələn digər məsələləri müzakirə ediblər.
XİN rəhbərləri həmçinin Suriya, İranla bağlı məsələlər, Ukraynadakı müharibənin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.