BAKI, 15 oktyabr. TELEQRAF
Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Pietro Parolin ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında nizamlanmadan sonra Ukrayna böhranının həlli yollarını tapa biləcəyinə ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
“Hələ ki, heç bir konkret element görməmişik, amma ümid edirik ki, Qəzza zolağında məsələnin həllindən sonra Prezident Donald Tramp Ukraynaya daha çox diqqət ayıracaq və müharibəni bitirmək yollarını tapacaq”, - o deyib.