BAKI, 15 oktyabr. TELEQRAF
Ukrayna Prezidenti Volpdimir Zelenski Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis ilə enerji sektorunda, xüsusən də Amerika qazının Ukraynaya tədarükü ilə bağlı əməkdaşlıq imkanlarını müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Zelenski videomüraciətində bildirib.
"Mən Yunanıstanın baş naziri ilə danışdım. Ona verdiyi dəstəyə görə təşəkkür etdim və birlikdə əməkdaşlıq üçün bəzi mühüm addımlar ata biləcəyimizi dedim. Digər məsələlərlə yanaşı, biz enerji sektorunda əməkdaşlıq imkanları, xüsusən də Amerika qazının tədarükü imkanları haqqında danışdıq. Biz baş nazirlə görüşmək və bütün detalları müzakirə etmək barədə razılığa gəldik", - Zelenski qeyd edib.