BAKI, 15 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Middle East Eye-nin prezident administrasiyasını tərk etməsi ilə bağlı xəbərini yalan adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Bu material 100% saxta xəbərdir”, - o vurğulayıb.

Uitkoffun sözlərinə görə, Middle East Eye nəşrindəki material dərhal silinməlidir.

*****

19:17

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff Donald Tramp administrasiyasını tezliklə tərk edə bilər, çünki o, biznesini inkişaf etdirməyə diqqət yetirmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən Middle East Eye məlumat yayıb.

Portalın fikrincə, Qəzza zolağında atəşkəs razılaşması “Uitkoffun qısa diplomatik karyerasının kulminasiya nöqtəsi” olub və onun gedişi ABŞ-ın Trampın sülh layihəsinin sonrakı mərhələlərində fəal iştirak planlarını sual altına qoya bilər.