BAKI, 13 oktyabr. TELEQRAF
Madaqaskar prezidenti Andri Rajoelina ölkədə baş verən kütləvi etirazlar fonunda qanunsuz hakimiyyət ələ keçirmə cəhdindən danışıb.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin administrasiyası sosial şəbəkələrdə bəyənat paylaşıb.
Bəyanatda ölkənin destabilizasiyasına yönəlmiş hərəkətlər pislənilib və vətəndaşlara konstitusion quruluşu qorumaqda birlik çağırışı edilib. Rajoelina həmçinin vurğulayıb ki, böhranı yalnız dialoq həll edə bilər.
Bəyanat "CAPSAT" elit bölməsinin əsgərlərinin etirazlara qoşulmasından sonra verilib. Onlardan bəziləri həmkarlarını əmrlərə tabe olmamağa çağırıb və silahlı qüvvələr üzərində nəzarət tələb etdiklərini bildirib.
Etirazlar sentyabrın sonundan başlayaraq su və elektrik kəsintilərinə etirazla başlayıb, lakin qısa zamanda sosial-iqtisadi narazılığa çevrilib. Aksiya Antananarivo və digər böyük şəhərlərdə davam edir, qarşıdurmalar, talan və siyasətçilərin evlərinə hücumlar müşahidə olunur.