BAKI, 12 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kiyevə “Tomaqavk” raketlərinin tədarükü ilə bağlı hələ qərar verməyib.

Teleqraf xəbər verir ki, bu barıdə Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”a müsahibəsində bildirib.

"Mən ABŞ liderinin qərarını gözləyirəm. Kiyev raketlərin çatdırılması üzərində işləyir. Biz bu cür qərarlara ümid edirik, görəcəyik”, - deyə Ukrayna Prezidenti bildirib.

Zelenski son iki gün ərzində Trampla iki dəfə telefonla danışıb. Ukrayna lideri söhbəti “çox məhsuldar” adlandırıb. Prezidentlər Ukraynanın müdafiəsi və hava hücumundan müdafiə qüvvələrinin gücləndirilməsini müzakirə ediblər.