BAKI, 12 oktyabr, TELEQRAF
Cənubi Karolina ştatındakı adalardan birində yerləşən barda silahlı atışma nəticəsində 4 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, atışma bazar günü səhər tezdən Sent-helena adasındakı "Willie's Grill" barında baş verib.
Ətrafdakı insanlar həyatlarını qurtarmaq üçün yaxınlıqdakı obyektlərə və evlərə sığınıblar.
Yaralılardan dördünün vəziyyəti ağırdır.
Hadisənin baş vermə səbəbi açıqlanmır.