BAKI, 12 oktyabr. TELEQRAF
Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 32 Ukrayna PUA-nı məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu PUA-lardan 15-i Belqorod və Bryansk vilayətləri üzərində, 2-si isə Smolensk vilayəti üzərində vurulub. Qalan PUA-ların hansı istiqamətlərdə məhv edildiyi barədə isə əlavə məlumat verilməyib.