BAKI, 12 oktyabr. TELEQRAF
Meksikanın beş ştatında güclü yağışlar və nəticəsində baş verən daşqınlar 41 nəfərin ölümünə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, həyatını itirənlərdən 15 Verakruz, 9 Puebla, 16 Hidalqo, 1 nəfər isə Queretaro ştatının sakinidir. Hazırda 27 nəfərin itkin düşdüyü bildirilir, onların axtarış-xilasetmə işləri davam etdirilir.
Prezident Klaudia Şeynbaumun göstərişindən sonra fəlakət bölgələrində mülki müdafiə planları aktivləşdirilib, ordu və donanma qüvvələri əraziyə göndərilib. Eyni zamanda müvəqqəti sığınacaqlar yaradılıb və mobil su təmizləyici qurğular quraşdırılıb.