BAKI, 12 oktyabr. TELEQRAF
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində olan Konstantinovka şəhərinə daxil olaraq, döyüş əməliyyatlarına başlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a rusiyalı hərbi ekspert Andrey Maroçko məlumat verib.
"Son məlumatlara görə, hazırda Konstantinovkanın şərq kənarında ciddi toqquşmalar gedir. Hazırda Rusiya ordusu burada manevr əməliyyatları aparır. Hələlik mövqelər tam möhkəmləndirilməyib, Amma bunun üzərində işləyirik", – deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, Rusiya Silahlı Qüvvələri Konstantinovkaya Predteçin yaşayış məntəqəsindən irəliləyərək daxil olublar.