BAKI, 12 oktyabr. TELEQRAF

Nigeriya milli futbol komandasını daşıyan təyyarə ön şüşəsində yaranan çat səbəbindən Anqolaya məcburi eniş edib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Ojora Babatunde "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Bildirilib ki, təcili eniş təyyarə havaya qalxdıqdan 25 dəqiqə sonra baş verib.

Pilot təyyarəni Anqolanın Luanda şəhərindəki hava limanına endirməyə məcbur olub. Enişdən sonra bütün oyunçular və rəsmilər təxliyə edilib.