BAKI, 12 oktyabr. TELEQRAF

HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan girovların azad ediləcəyi tarixi açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Usamə Həmdanın sözlərinə görə, məhbus mübadiləsi prosesi oktyabrın 13-də başlayacaq.

"İmzalanmış sənədə əsasən, razılaşdırıldığı kimi, məhbus mübadiləsinin bazar ertəsi səhər başlaması planlaşdırılır", – Usamə əl-Həmdan bildirib.