BAKI, 11 oktyabr. TELEQRAF
Niderlandın müdafiə naziri Ruben Brekelmansın sözlərinə görə, ölkəsi Ukraynanın pilotsuz uçuş aparatlarının imkanlarını gücləndirmək üçün 200 milyon avro ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Biz bu vəsaiti Rusiya dronlarını vurmağa qadir olan əks-dron sistemlərinə xərcləyəcəyik, bu təcili ehtiyacı dünən gecə bir daha gördük. Dünən gecə burada böyük miqyaslı hava zərbələri baş verdi və bu, ilk növbədə yerli enerji infrastrukturunu hədəfə aldığı üçün əhəmiyyətli təsir göstərdi", - o, Ukraynada olarkən nəşrə verdiyi müsahibədə qeyd edib.
Brekelmansın sözlərinə görə, Hollandiya və Ukrayna şirkətləri birgə müəssisələr yaratmaqla bu cür pilotsuz təyyarələrin istehsalını birgə artıra bilər.
Siyasətçi əlavə edib ki, belə bir qərar zərurətdir, bütün NATO ölkələrinin belə əks-dron sistemlərinə daha çox ehtiyacı var.