BAKI, 10 oktyabr. TELEQRAF
800-dən çox rusiyalı miqrasiya qanunlarını pozduqlarına görə Latviyadan deportasiya ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Latviya Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin (OCMA) İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Madara Puke bildirib.
“Onlar oktyabrın 13-dək ölkəni tərk etməlidirlər”, - deyə direktor qeyd edib.
Puke əlavə edib ki, onların müəyyən edilmiş müddətdən sonra ölkədə olması qeyri-qanuni hesab ediləcək.