BAKI, 10 oktyabr. TELEQRAF
"Rusiya yeni silahları sınaqdan keçirir və bunu tezliklə elan edəcək".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya buna görə ABŞ-nin 2026-cı ilin fevralında başa çatacaq Strateji Silahların Azaldılması Müqaviləsini (Yeni START) uzatmaqdan imtina etməsindən qorxmur.
Putin əlavə edib ki, ABŞ bu müqavilədən imtina edərsə, Rusiya yeni silahlar əldə edəcək.
"Bu, böyük bir şey deyil - irəliləmək üçün yerimiz var, ən son silahlarımız var və biz onları inkişaf etdiririk".