BAKI, 10 oktyabr. TELEQRAF
İspaniya müdafiə xərclərini artırmaq istəmədiyi üçün NATO- dan çıxarılmalı olacaq.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Finlandiya Prezidenti Alexander Stubb ilə birgə mətbuat konfransında bildirib.
"Bizim bir geridə qalan tərəfimiz var idi və o da İspaniya idi. Bəlkə də, açığını desəm, onu NATO-dan çıxarmalı idilər" dedi Tramp.
İyun ayında NATO ölkələri müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq barədə razılığa gəliblər ki, bu da müdafiə infrastrukturunun inkişafı üçün 1,5%-ni əhatə edəcək.