BAKI, 10 oktyabr, TELEQRAF
ABŞ Prezidenti Donald Tramp finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüş zamanı bu gün təqdimatı olacaq Nobel Sülh Mükafatını qazanmaq şansından danışıb.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri ikinci prezidentliyi dönəmində 8 münaqişə ilə bağlı saziş əldə etdiyini diqqətə çatdırıb: "Hədəfim Rusiya-Ukrayna müharibəsinin həllidir. Düşünürəm ki, biz də bunu edəcəyik. Bunu etmək üçün səbəblərimiz çoxdur və düşünürəm ki, onlar tezliklə masaya gələcəklər. Mükafatla bağlı onların necə qərar verəcəyini bilmirəm. Onlar nə etməlidirlərsə, edəcəklər. Mən bütün bunları sadəcə insanların həyatını xilas etmək üçün həyata keçirmişəm”.
Trampın sözlərinə görə, yaxın vaxtlarda Rusiya və Ukrayna danışıqlar masası arxasına əyləşəcək: "Biz təzyiqi birlikdə gücləndiririk. NATO əla iş görür və onlar da təzyiqi gücləndirirlər".