BAKI, 9 oktyabr. TELEQRAF

Rusiya Müdafiə Nazirliyinin 2025-ci ildə Ukraynadakı müharibədə Rusiyanın itkilərini üzə çıxaran hesabatı dərc olunub.

Teleqraf xəbər verir ki, hesabatda müharibə zamanı Rusiya hərbçilərinin itkiləri göstərilir.

Məlumata görə, ruslar yanvar ayından bəri 280 mindən çox canlı qüvvə itirib. "Meduza" və "BBC Rus Xidməti"nin müstəqil qiymətləndirməsinə görə, 2025-ci təqvim ilində ruslar təxminən 219 min şəxsi itirib. Bu rəqəmlər Rusiyanın Ukraynaya təcavüzünün dağıdıcı nəticələrini nümayiş etdirir.

"Forbes"ə görə, Rusiya həmçinin on milyardlarla dollar dəyərində hərbi texnika itirib. Rusiyanın işğaldan əvvəlki tank qüvvələrinin üçdə ikisi məhv edilib, Qara dənizdəki Rusiya donanmasının təxminən yarısını batırıb və ya zədələnib. Rusiya beynəlxalq sanksiyalardan yüz milyardlarla dollar itirib.

Müharibə zamanı bir milyondan çox rus əsgəri yaralanıb və öldürülüb.

"Meduza" və "BBC Rus Xidməti"nin apardığı araşdırmaya görə, müharibə zamanı 6 minə yaxın yüksək rütbəli rus zabiti ölüb. Onlardan 12-si rus ordusunun generalları olub.

Atlantik Şurasının Avrasiya Mərkəzinin direktor müavini Endryu D'Anieri deyib ki, 30 yaşlarında olan rus kişilər Rusiya tərəfində ən böyük demoqrafik itki qrupudur.

Qeyd olunur ki, müharibə zamanı Rusiya ordusunda xidmət etmək bir çox risklərlə dolu olsa da, Rusiya hökumətinin verdiyi stimullar strategiyanın effektivliyini artırır. Ödənilən məbləğlər yeni çağırışçıların sayının artmasına səbəb olub. Buna səbəb hazırda Rusiyada yüksək inflyasiya və iqtisadi qeyri-müəyyənlikdir. Bundan əlavə, Rusiyada orta aylıq əmək haqqı 1273 dollardır, yəni Ukraynada döyüşən rus əsgərləri ölkə üzrə orta əməkhaqqından demək olar ki, iki dəfə çox qazanırlar.

D'Anierinin fikrincə, gənclərin kütləvi şəkildə müharibəyə aparılması ölkədə kadrların sayına mənfi təsir göstərir. Bu, uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatında özünü göstərəcək.

Rusiyada mülki sənaye sahələrində işçi çatışmazlığı var. "Carnegie Endowment" Rusiyadakı sənaye müəssisələrinin yalnız 81% gücü ilə işlədiyini bəyan edib.

Sirakuza Universitetinin rektoru Brayan Teylor deyib: “Putinin Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi Rusiyanın gələcəyinə ciddi ziyan vurur, nəticədə cəbhə xəttində yüz minlərlə əsgərin lüzumsuz şəkildə həlak olması və Rusiyanın ən yaxşı və ən parlaq gənclərinin mühacirətə getməsi ilə nəticələnir".