BAKI, 8 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlarla əlaqədar oktyabrın 11 və ya 12-də Yaxın Şərqə səfər edə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Amerika liderinin sözlərinə görə, danışıqlar yaxşı gedir və sazişin bağlanması üçün “yüksək şans” var.

"Yəqin ki, həftənin sonunda - oktyabrın 12-də ora gedəcəm" - deyə, Tramp bildirib.

Daha sonra Tramp əlavə edib ki, səfər bazar günü və ya şənbə günü baş tuta bilər.