BAKI, 8 oktyabr. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planına dəyişiklik etmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" adının açıqlanmasını istəməyən diplomata istinadən məlumat yayıb.

Diplomat qeyd edib ki, ərəb ölkələri Netanyahunun Trampın planının bəzi hissələrinə düzəlişlər etməsindən narahatdır.

Dəyişikliklər İsrail qoşunlarının yerdəyişmə qrafiki və Fələstin administrasiyasının gələcək rolu ilə bağlıdır.

“Ərəb ölkələri hesab edir ki, HƏMAS heç vaxt Netanyahunun razılaşmanı redaktə etməsi ilə barışmayacaq”, - mənbə bildirib.