BAKI, 8 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Rusiyaya qarşı əməliyyatlar planını təsdiqlədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski özünün Telegram kanalında yaydığı axşam videomüraciətində bildirib.

"Əməliyyatlarımıza gəlincə, mən Rusiya müharibəsinə asimmetrik cavablarımızla bağlı bəzi planlarla razılaşdım" dedi.

Oktyabrın 8-də Zelenski SBU-nun direktoru Vasil Malyuk ilə görüş keçirib. Görüşdən sonra Ukrayna lideri bəyan edib ki, agentliyin rəhbəri “SBU qüvvələrinin həyata keçirdiyi uzaqmənzilli zərbələrin nəticələri” barədə məlumat verib.