BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ Senatı altıncı dəfə hökuməti maliyyələşdirə qanunlarını qəbul edə bilməyib.
Teleqraf xəbər verir ki, respublikaçılar tərəfindən hazırlanan qanun layihəsinin lehinə 54, əleyhinə isə 45 nəfər səs verib.
Demokratlar tərəfindən təqdim edilən qanun layihəsinin isə lehinə 47, əleyhinə 52 deputat səs verib. Qanun layihəsinin qəbulu üçün azı 60 səs lazımdır.
Oktyabrın 1-də Senat büdcə qanun layihəsini razılaşdıra bilmədiyi üçün ABŞ hökuməti fəaliyyətini dayandırıb. Hökumətin maliyyələşdirilməsinin dayandırılmasına (şatdaun) səbəb demokratlar və respublikaçılar arasında səhiyyənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığı olub.