BAKI, 7 oktyabr. TELEQRAF

ABŞ Dövlət Departamentinin Rusiya nümayəndəliyinin rəhbəri Piter Andreoli Moskvada səfərdədir.

Teleqraf "RİA Novosti"yə istinadən xəbər verir ki, P.Andreoli Amerika səfirliyinin diplomatları ilə planlı məsləhətləşmələr aparmaq üçün Moskvaya səfər edib.

Bundan başqa, Dövlət Departamentinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyində olarkən hər iki ölkədəki səfirliklərin işi ilə bağlı müzakirələr aparıb.