BAKI, 8 oktyabr. TELEQRAF
Qəzzada atəşkəs bu gün elan oluna bilər.
Teleqraf "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Qəzza üzrə danışıqlar yeni mərhələyə keçib. Razılıq əldə olunarsa, bu gün Qəzzada atəşkəs elan olunacaq", - Fidan qeyd edib.
XİN rəhbəri əlavə edib ki, hazırda İsrail və HƏMAS Misirdə dolayı danışıqları davam etdirirlər.
HƏMAS-ın yüksək rütbəli rəsmisi Taher əl-Nunu bildirib ki, tərəflər əsir və girovların siyahılarını bir-birinə təqdim ediblər.
“The Guardian” qəzetinin yazdığına görə, Misirin Qəzza zolağında davam edən atəşkəs danışıqları zamanı razılıq əldə olunarsa, girovlar azad ediləcək.